Balakən rayonunda ümumi sahəsi 2100 kv.m olan mebel sexi kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.