Balakəndə külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Balakəndə külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin satışını, paylanmasını təşkil edən və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 6 nəfər tutularaq istintaqa təhvil verilib. Onlardan ümumilikdə 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində Gərəkli kənd sakini, əvvəllər də məhkum olunmuş Fərhad Qarayev saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış zamanı ümumi çəkisi 4 kiloqram olan qurudulmuş marixuana, eləcə də çətənə bitkilərinin hissələri aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni iyul ayında becərdiyi çətənə kollarından yığaraq əldə etdiyini və heç kimin görməməsi üçün evinin çardağında gizlətdiyini bildirib.

Şöbənin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri digər əməliyyatlar nəticəsində daha 4 nəfər rayon sakini – Rahib Hüseynov, Yaqub Qarayev, Röyal Mirəliyev və Elçin Balagözov tutulub. Araşdırmalar zamanı saxlanılanlardan bəzilərinin əvvəllər də eyni əmələ görə məhkum olunduqları müəyyən edilib. Həmin şəxslərin üzərindən və yaşadıqları ünvanlardan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq istintaqa təqdim olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Teqlər: