Balakəndə koronavirus xəstəsinə cinayət işi açılıb

Xəbər - Samir Əli – Trend:

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Talalar kənd sakini Etibar İsmayılov ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, yaşadığı ünvanı tərk edib və digərlərinin sağlamlığı üçün real təhklükə yaradıb.

Həmin şəxs idarə etdiyi “VAZ-2106” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Onunla izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

E.İsmayılov barəsində Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Teqlər: