Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, rayonun Qazma kəndində Sahib Məmmədova məxsus evin həyətyanı sahəsində təşkil edilən mərasimdə 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.
Aşkarlanmış qayda pozuntuları ilə bağlı Sahib Məmmədov inzibati məsuliyyətə cəlb edilib və 400 manat cərimələnib.