Balakəndə kafe sahibi COVID pasportu olmayan müştərilərə görə cərimələnib

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirilən nəzarət-profilaktik tədbirlər zamanı şəhər ərazisində yerləşən “Bizim kafe” adlı qapalı obyektdə qaydaların pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, yoxlama zamanı kafedə COVID-19 pasportu olmadan müştəri qismində əyləşən şəxslər müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar obyekti işlədən Pərviz Qaracayevə xəbərdarlıq olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələnib.

Teqlər: