Balakəndə ikimərtəbəli ev yanıb

Balakən rayonunun Qazma kəndində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və dam örtüyü 160 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: