Balakəndə 3 nəfər zəhərləndi

Balakəndə 3 nəfər zəhərləndi

Balakəndə ikisi yeniyetmə olmaqla üç nəfər qidadan zəhərlənib.

AzerTimes xəbər verir ki, bu gün günorta saatlarında rayonun Hənifə kənd sakini 2005-ci il təvəllüdlü Məhluqə İsmət qızı Moquşova zəhərlənmə əlamətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Müayinə zamanı M.Moquşuvanın balıq yedikdən sonra zəhərləndiyi məlum olub.

Daha iki nəfər rayonun Xalatala kənd sakinləri olan 2008-ci il təvəllüdlü Elnurə Elnur qızı Yekayeva və 2009-cu il təvəllüdlü Bənövşə Elxan qızı Nurtalayeva zəhərlənmə əlamətləri ilə Balakən RMX-a müraciət ediblər. Hər iki yeniyetmə qızın tort yedikdən sonra zəhərləndikləri məlum olub.

Hər üç şəxsə xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyətləri stabilləşdiyi üçün evə buraxılıblar.

Teqlər: