Balakəndə 4 bal dərəcəsində zəlzələ oldu

Balakəndə 4 bal dərəcəsində zəlzələ oldu

Azərbaycanda zəlzələ baş verib. Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar Balakəndə qeydə alınıb.    

Maqnitudası 3.8 olan zəlzələ yerli vaxtla saat 13:06-da Balakən rayonu ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub .