Balakənçaydan sel keçdi

Balakənçaydan sel keçdi

13:30

Ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış yağıb, Naxçıvan MR-da leysan xarakterli intensiv olub.

Bu barədə AzerTimes-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Yağan yağıntının miqdarı Naxçıvanda 29.0 mm (aylıq normanın 75 %-i), Ordubadda 23.0 mm (aylıq normanın 57 %-i), Şahbuzda 18.0 mm (aylıq normanın 30 %-i), Şərurda 18.0 mm (aylıq normanın 75 %-i), Culfada 15.0 mm (aylıq normanın 44 %-i), Sədərəkdə 13.0 mm, Şahdağda 7.0 mm, Qax, Zaqatala, Şəki, Balakən, Gədəbəy, Oğuz, Naftalan, Ağdam, Qəbələ, Göygöl, Tərtər, Mingəçevir, Yevlax, Beyləqan, Biləsuvar, Astarada 5.0 mm-dək olub, səhər saatlarında Bakıda və Abşeron yarımadasında yağış yağması müşahidə olunub.

Cənub-qərb küləyi arabir Kəlvəzdə 21 m/s, Şahdağda 20 m/s, Astarada 18 m/s, Lerikdə 17 m/s, Bakıda və Abşeron yarımadasında isə arabir 16 m/s-dək güclənib.

Havanın temperaturu aprelin 12-də Bakıda iqlim normasından 6.7° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-24° isti, Naxçıvanda 17-22° isti, dağlıq rayonlarda 17-24° isti, aran rayonlarında 23-27° isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti aprelin 14-ü səhərədək davam edəcək, 15-16-da havanın mülayim, əksər rayonlarda isə əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 16-da gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var.

***

Aprelin 13-ü saat 15:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şahdağ, Biləsuvarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasında yağıntılar intensiv olub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yağan intensiv yağışlarla əlaqədar saat 13:30-da Balakənçaydan sel keçib.

Şimal-qərb küləyi arabir Naftalanda 26 m/s, Mingəçevir, Yardımlı, Zərdab, Gəncədə 24 m/s, Bərdə 22 m/s, Şəki, Zaqatala, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəydə 20 m/s, Çeyrançöl, Beyləqan, Yevlax, Tovuz, Şirvan, Qobustanda 18 m/s, Sabirabadda 17 m/s, Lerikdə 16 m/s-dək güclənib.

Aprelin 13-ü saat 12:14-13:03 radələrində Əlibəy (Zaqatala) ərazisində leysan yağış ilə bərabər diametri 5 mm, saat 14:10-14:20 radələrində Yevlaxda diametri 3 mm, saat 11:55-də Zaqatala şəhərinin şimal hissəsinə, saat 13:15 radələrində isə Qax rayonu Güllük kəndi ərazisinə, saat 13:28-də Şəki rayonuna xırda dolu düşüb.

Teqlər: