Füzuli. Samir Əli – Trend:
Almaniya Ətraf Mühit Fondunun dəstəyi ilə Zaqatala Dövlət Qoruğunun bazasında Balakən-Zaqatala biosfer rezervatı yaradılacaq.
AzerTimes-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
V.Kərimov bildirib ki, biosfer rezervat qoruqdan aşağı, milli parkdan yuxarı statusa malik olacaq: “Rezervatın ümumi ərazisi Zaqatala və Balakən rayonlarının yüksək dağ massivlərini əhatə edəcək”.