Bu gün (5 iyun) Balakən rayonunda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 11:20:56-da Zaqataladan 21 km şimal-qərbdə Balakən ərazisində qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3.8, dərinliyi 2 km olub. Zəlzələ episentrdə 4 bala yaxın, yaxın yaşayış rayonlarında 3 bala qədər hiss olunub.