Xəbər - Çingiz Səfərli – Trend:
20 oktyabr-7 noyabr tarixlərində Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk küçəsində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkasında satışa çıxarılacaq arıçılıq məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinə nəzarət tədbirləri çərçivəsində bal nümunələrinin laborator müayinəsi həyata keçirilib.
Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumata görə, yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Ümumilikdə, götürülən 1093 nümunədən 64-ü, təxminən 6 %-i keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun hesab edilməyib.
Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmayacaq.
Twitter: @cingizsafarli