“BakuBus” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılmış “BakuBus” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Azərbaycan İnvestisiya Holdinqindən AzerTimes-a bildirilib ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri və “BakuBus” MMC-nin rəhbər şəxsləri iştirak ediblər.


İclasda “BakuBus” MMC-də Daxili Audit Xidmətinin yaradılması, Cəmiyyətin təşkilati strukturunun yenilənməsi ilə bağlı məsələlər müzakirə olunaraq müvafiq qərarlar verilib.
İclas zamanı Cəmiyyətin maliyyə dayanıqlığının təmin edilməsi və fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə həyata keçiriləcək digər tədbirlərlə bağlı müzakirələr aparılıb.

Teqlər: