BakuBus avtobusunun motorxanası alovlanaraq yandı

BakuBus avtobusunun motorxanası alovlanaraq yandı

1 saat öncə (saat 06:10 radələrində) 88A nömrəli müntəzəm marşrut xətti üzrə 99-JH-038 Dövlət Qeydiyyat Nişanlı avtobusda yanğın hadisəsi olub.

Hadisə avtobus başlanğıc dayanacaq məntəqəsindən depoya qayıdan zaman baş verib. Belə ki, avtobusda texniki nasazlıq hiss edən sürücü depoya qayıtmaq istəyib. Avtobus boş olub və xəsarət alan yoxdur.

Yanğının səbəbləri araşdırılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, mütəxəssislər son 15 gündə sayca ikinci avtobusda yanğın hadisəsinin olmasını BakuBus avtobuslarının iki aydan artıqdır ki, fasiləsiz istismarı ilə əlaqələndirirlər. Onların sözlərinə görə, metronun işləmədiyi 72 gün ərzində BakuBus MMC-nin depolarındakı avtobuslar tam sayda daşımalara cəlb olunub. Yəni qarajlarda ehtiyyat avtobus saxlanılmırdı çünki yüksək sərnişin tələbatını qarşılamaq lazım idi. Bu isə öz növbəsində avtobusların dövrü təmir işlərinin icrasına təsir edir.

bakubus-yangin