Baku TV-yə peyk yayımı üçün lisenziya verildi

Baku TV-yə peyk yayımı üçün lisenziya verildi

Peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınmasına görə Baku TV MMC və Beat Media MMC tərəfindən Audiovizual Şuraya daxil olmuş müraciətlərə baxılıb.

Bu barədə AzerTimes-a Audiovizual Şuradan xəbər verilib.

Bildirilib ki, iddiaçılar tərəfdən təqdim olunmuş sənədlərin siyahısı və məzmunu barədə Şura aparatının hüquqşünasları Şura üzvlərinə geniş məlumat verib və sənədlərin müvafiq tələblərə uyğun tərtib olunmasını qeyd ediblər.

Şura üzvləri geniş müzakirələrdən sonra “Media haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra ilk dəfə yeni audiovizual media fəaliyyəti növü olaraq peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının Baku TV MMC-yə (televiziya redaksiyasının adı: Baku TV) və Beat Media MMC-yə (televiziya redaksiyasının adı: Beat TV) verilməsi barədə müvafiq qərarlar qəbul ediblər.

Teqlər: