Hazırda bizə verilən lisenziya kabel abunəçilərinin də bizi izləməsinə şərait yaradır.
Bu sözləri AzerTimes-a açıqlamasında Baku TV-nin PR meneceri Sədan Bünyatova deyib.
O qeyd edib ki, kabel yayımına başlamaq üçün artıq texniki işlərə start verilib:
“Ən qısa zamanda kabel abunəçiləri bizi izləyə biləcəklər. Bu barədə yaxın zamanlarda məlumat verəcəyik”.
Qeyd edək ki, Baku TV MMC-yə (televiziya redaksiyasının adı: Baku TV) və Beat Media MMC-yə (televiziya redaksiyasının adı: Beat TV) peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.