Bakıya təzyiqlər artır: amma güc, ordu və haqq… – Razuvayev

Bakıya təzyiqlər artır: amma güc, ordu və haqq… – Razuvayev

Azərbaycan enerji təhlükəsizliyi mənbəyi kimi Qərbə müəyyən dərəcədə faydalıdır. Bu, Qərbin vaxtaşırı Bakıya qarşı sanksiyalar tələb edən antiazərbaycan qətnamələri qəbul etməsinə mane olmur. Düzdür, sonda bütün bunlar kağız üzərində qalır. Hətta ondan sonra da müxtəlif Qərb ölkələrindən izahatlar gəlir, deyirlər, biz təəssüf ki, Azərbaycana qarşı sanksiyalar tətbiq edə bilmərik.

AzerTimes xəbər verir ki, bunu rusiyalı analitik Aleksandr Razuvayev deyib.

“Lakin onlar Azərbaycana getdikcə daha çox təzyiq göstərməyə çalışacaqlar. Bildiyiniz kimi, ABŞ-ın Ermənistandakı səfirliyi dünyada ən böyük səfirliklərdən biridir. Bu da əbəs yerə deyil. Üstəlik, burada Fransa və ABŞ-dakı erməni diasporunun miqyasını və təsirini əlavə etmək lazımdır. Deməli, bütün bu qüvvələr regionda Azərbaycan və Rusiyaya qarşı vəziyyəti silkələməkdən əl çəkməyəcək. Bu proses yalnız artacaq. Axı, onlar üçün məğlub olaraq qalmaq sərfəli deyil və hər şey buna doğru gedir. Mübarizə uşaq xarakterli olmayacaq. İndiyə qədər erməni tərəfi və ermənipərəst lobbi nə qədər can atsa da, Azərbaycana qarşı heç bir sanksiya tətbiq edilməyib”, – o bildirib.

Razuvayev qeyd edib ki, sanksiyanın tətbiqi üçün ciddi izahatlar lazımdır:

“Axı Bakı Avropanın mühüm neft və qaz tədarükçüsüdür. Üstəlik, bu, Qərbin gördüyümüz kimi münasibətlərini qorumağa çalışdığı Türkiyə ilə ciddi şəkildə mübahisə etməsi deməkdir. Bundan əlavə, Azərbaycan son illər statusunu artırır, lakin bununla belə, ona qarşı təzyiqlər kifayət qədər ciddidir. Bakı sözsüz ki, möhkəm dayanacaq və Qarabağ məsələsini həll edəcək. Axı Azərbaycan özünün mükəmməl diplomatiyası sayəsində ildən-ilə daha da güclənir – hələ həqiqətin də onun tərəfində olduğunu nəzərə almasaq. Amma bu gün dünyada qalib gəlmək üçün həqiqətin sənin tərəfində olması yox (bu işə yaramır), güclü və nüfuzlu olmağın vacibdir. Hər tərəfdən təzyiq altında olduğunuz zaman da müstəqil olmağı bacarmalısınız. Azərbaycanın iqtisadiyyatı ilə hər şey qaydasındadır, güclü müasir ordusu var və bu ordunu daha da güclü, müasir edəcək. Son illər Azərbaycan nəinki regionda, hətta dünyada nüfuzlu dövlətə çevrilib. Sadə dillə desək, Bakının Qarabağa tam nəzarətini bərpa edəcəyinə əminəm”.

Teqlər: