Bakıya qarşı qərarlara rəsmi Parisdən reaksiya

Bakıya qarşı qərarlara rəsmi Parisdən reaksiya

Fransa Senatı və Milli Assambleyasının Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələri Parisin rəsmi xəttini əks etdirmir.

AzerTimes xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

“Parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib”, – diplomat bildirib.

Onun sözlərinə görə, Fransa hökumətinin mövqeyi hamıya məlumdur.

O, xarici işlər naziri Ketrin Kolonnanın “Fransa sülh əldə etmək fürsətindən istifadə etmək üçün tərəfləri danışıqlarda irəliləməyə təşviq etməyə davam edəcək” ifadələrini xatırladıb.

Teqlər: