Bakıya qarşı bu plan əvvəlcədən hazırlanmışdı – Mollazadə

Bakıya qarşı bu plan əvvəlcədən hazırlanmışdı – Mollazadə

Avropa siyasətçiləri Azərbaycanın müstəqil siyasət aparmasına, ərazi bütövlüyünü bərpa etməsinə, ölkəmizin inkişafına və AB ölkələrinə “böyük qardaş” kimi baxmadığına görə çox ciddi narahatlıq keçirirlər. Ona görə də Azərbaycanı cəzalandırmaq istəyirlər.

Bu sözləri AzerTimes-a açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Asim Mollazadə deyib.

O, Azərbaycanın heç vaxt edilən təzyiqlərə boyun əyməyəcəyini vurğulayıb:

“Neokolonializm siyasəti aparan Fransa ölkəmizə qarşı atılan addımlara başçılıq edir. Orada media və dövlət orqanlarında geniş imkanlara malik olan erməni diasporu da bütün imkanları ilə ölkəmizə təzyiq prosesini gücləndirməyə və genişləndirməyə çalışır. Çox təəssüf ki, Avropa Parlamentindən sonra AŞPA da bu prosesə qoşulub. Onlar anlamırlar ki, Azərbaycanla diktə ilə danışmaq, hansısa müstəmləkə kimi rəftar etmək olmaz. Baş verənlər bunların elan etdikləri dəyərlər və gördükləri əməllər arasında çox ciddi ziddiyyətin olduğunu göstərir. Fikrimcə, AŞPA-da ölkəmiz əleyhinə atılacaq addımlar əvvəlcədən planlaşdırılıb. Təzyiqlər və s. məsələlərə gəldikdə isə deyə bilərəm ki, Azərbaycan sözügedən müstəvidə də öz müstəqilliyini qoruyacaq gücə sahibdir və buna qadirdir”.

Qeyd edək ki, AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Təklifi almaniyalı deputat Frank Şvabe verib və digər parlamentarilər tərəfindən dəstəklənib. Təklif qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Qərar bu gün elan edilməlidir.

Teqlər: