Bakıda keçirilən COP29 sammitində iştirak üçün dünyanın 196 ölkəsindən 72 min nəfər qeydiyyatdan keçib.
AzerTimes xəbər verir ki, bu barədə statistikanı Prezident İlham Əliyev COP29-un Liderlər Sammitinin açılış mərasimində elan edib.
Prezident qeyd edib ki, qonaqlar arasında 80 prezident, vitse-prezident və baş nazir var.
Xatırladaq ki, hazırda Liderlər Sammitində 50 prezident, 10 vitse-prezident, 20 baş nazir və iki vəliəhd şahzadə iştirak edir və onlar rəsmi bəyanatlarla çıxış edəcəklər.