Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi və Ağdam-Xankəndi yoluna qədər gedən 40 ton unun Xankəndiyə çatdırılması üçün rus sülhməramlıların maşınlarına yığılıb.
AzerTimes xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, “ac olduqlarını” və “çörəyə ehtiyac duyduqlarını” iddia edən erməni separatçıları rus sülhməramlıların maşınlarının önünü kəsib və onları geri qayıtmağa məcbur edib.
Qeyd edək ki, Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi humanitar yardımın qarşısını almaq üçün toplanan şəxslər Ruben Vardanyanın təşkilatının üzvləridir.