Bakının Xəzər rayonunda 3 otaqlı ev yandı

Bakının Xəzər rayonunda 3 otaqlı ev yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb.  

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Bakının Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü və tavanı 20 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.