Bakının təşəbbüsü ilə Cenevrədə mühüm konfrans başladı

Bakının təşəbbüsü ilə Cenevrədə mühüm konfrans başladı

BMT-nin Cenevrə ofisində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AzerTimes xəbər verir ki, konfransda ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, İsveçrə, Əlcəzair, Pakistan, Serbiya, Qətər, Seneqal, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Qvadelupa, ⁠Fransız Qvianası, ⁠Yeni Kaledoniya, Korsika, Martinika, Fransız Polineziyası, Korsika, Valis və Futuna, ⁠Solomon adalarından, eləcə də İslam Əməkdaşlıq Təşkilatı və BMT-nin Qadınlara qarşı Zorakılığın Ləğv edilməsi üzrə Komitəsindən 50-yə yaxın nümayəndə, eləcə də insan hüquqları və dekolonizasiya üzrə ixtisaslaşan QHT-lərin rəhbərləri, xarici media təmsilçiləri iştirak edir.

Tədbirdə Fransanın keçmiş və indiki müstəmləkələrindən olan nümayəndələr ölkələrində Fransa tərəfindən insan hüquqlarının kobud şəkildə pozulması ilə bağlı çıxışlar edəcək, eləcə də bir sıra ölkə rəsmilərinin bəyanatlarının səsləndiriləcəyi gözlənilir.

Sonda konfransın bəyannaməsi qəbul olunacaq.

Teqlər: