Bakının tələbləri yerinə yetirilməsə… – Manukyan

Bakının tələbləri yerinə yetirilməsə… – Manukyan

İrəvan Bakının tələblərini təmin etməyənə qədər Türkiyə Ermənistanla münasibətlərin normallaşması istiqamətində addım atmayacaq.

AzerTimes xəbər verir ki, bunu erməni deputat Geqam Manukyan deyib.

“Müharibədən sonrakı mərhələdə Türkiyə ilə münasibətlərin bərpası olduqca çətin idi. Dövlətlərarası əlaqələr üçün ilkin şərtlər irəli sürülürdü. İrəvan Ankara ilə münasibətlərin bərpası üçün səy göstərib bildirirdi ki, ilkin şərt olmamalıdır. Türkiyə də ilkin şərtlərin olmadığını vurğulayırdı. Amma bu şərtlər mövcuddur. İndi Türkiyə Ermənistanla daha sərt şərtlərlə danışıqlar aparır. Bu şərtlər İrəvan-Bakı münasibətlərinin tənzimlənməsini nəzərdə tutur”, – Manukyan bildirib.

Erməni deputat qeyd edib ki, çox sayda erməninin yaşadığı Suriyaya ancaq səfirimiz, Türkiyəyə isə nazirimiz getdi:

“Dünən Türkiyədə keçirilən brifinqdə isə Laçın yolu haqqında bir kəlmə belə danışılmadı”.

Teqlər: