Bakının tələbləri: 8 kənd, təzminat, qaçqın… – Xaçatryan

Bakının tələbləri: 8 kənd, təzminat, qaçqın… – Xaçatryan

Qərbin danışıqlar formatları Azərbaycan üçün maraqsız olub, o, Qərbdə almaq istədiyi hər şeyi Ermənistandan bu platformalarda alıb.

AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan deyib.

Onun sözlərinə görə, Qərb platformasında, yəni Praqada Ermənistan Baş naziri Nikol Paşinyan ilk dəfə olaraq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.

Xaçatryan iddia edib ki, Bakının Qranadada, Brüsseldə, indi isə Vaşinqtonda görüşməkdən imtina etməsi “yeni müharibə” anlamına gəlir. Hətta erməni deputat Bakının İsraillə HHM sistemlərinin alınması ilə bağlı 1.2 milyard dollarlıq müqavilə imzaladığını xatırladıb.

Xaçatryanın sözlərinə görə, Bakı təxminən 8 kənd, eksterritorial dəhliz, təzminatlar, qaçqınların qaytarılması kimi istəklərini gizlətmir və Ermənistanı Qərbi Azərbaycan adlandırır.

“Heç kim özünə təsəlli verməsin ki, Qarabağı udan Azərbaycan Ermənistanı rahat buraxacaq”, – erməni deputat bildirib.

Teqlər: