Bakının iddia etdiyi 8 sərhəd kəndi ilə bağlı məsələnin həlli üçün iki variant var.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan yerli mediaya açıqlamasında deyib.
O bildirib ki, bu kəndlərin əraziləri dəqiq müəyyən edilməli, hüquqi əsasları dəqiqləşdirilməlidir:
“Bundan sonra iki proses gedə bilər: ya mübadilə və ya ərazi tənzimlənməsi, ya da sərhədlərin delimitasiyası və demarkasiyası prosesində məsələnin müzakirəsi”.
O qeyd edib ki, söhbət Tavuş bölgəsində olan 7 (Qazaxın kəndləri – red.) və Naxçıvanın Kərki kəndindən gedir:
“Zəngəzura gedən əsas yol ordan (Kərki kəndindən) keçir. Azərbaycan Ermənistanı bu kəndləri işğal etməkdə ittiham edir. Öz növbəsində İrəvan bildirir ki, həmin Tavuş rayonunda Azərbaycanın işğal etdiyi ərazilər var”.