Azərbaycanın bütün səylərinə baxmayaraq, Cənubi Qafqazda durum hələ də kövrəkdir. Sülh axtarışında Azərbaycanın yanındayıq.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.
Ərdoğan Azərbaycanı Qarabağda qazandığı Qələbənin ikinci ildönümü münasibətilə bir daha təbrik edib:
“Fürsətdən istifadə edib Azərbaycanın Zəfər Günü münasibətilə qardaşım İlham Əliyev başda olmaqla Azərbaycanı bir daha təbrik edirəm. Bu il müstəqilliklərinin otuzuncu ildönümünü qeyd edən bütün dost və qardaş ölkələri təbrik edirəm”.