Bakının Rusiyaya qarşı bu akta qoşulması… – Ekspert

Bakının Rusiyaya qarşı bu akta qoşulması… – Ekspert

AB (Avropa Birliyi) Şurası tərəfindən işgəncələr və qanunsuz həbslərə qarşı Maqnitski Aktı qəbul olunub və Rusiyaya sanksiya tətbiq edilib. Azərbaycan və Ermənistanın bu siyahıya qoşulması normal bir prosesdir.

Bu sözləri AzerTimes-a ekspert Natiq Cəfərli Azərbaycan və Ermənistanın Rusiyaya qarşı Maqnitski Aktına qoşulmasını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Azərbaycanın bu akta quşulması Rusiya ilə münasibətlərdə hər hansı problem yarada bilməz:

“Təbii ki, Rusiya Azərbaycana diplomotik müstəvidə narazılığını bildirə bilər. Lakin bu o demək deyil ki, Azərbaycan Rusiyaya qarşı hər hansı beynəlxalq konvensiyaya qoşulmamalıdır. Azərbaycan işgəncələrə və qanunsuz həbslərə qarşı BMT-nin konvensiyasına da qoşulub. Buna görə də düşünürəm ki, Maqnitski Aktına qoşulmaqla Azərbaycan doğru addım atıb”, – ekspert vurğulayıb.

Qeyd edək ki, AB Şurası mövcud qadağanedici tədbirləri növbəti 12 ay üçün, yəni 2024-cü il dekabrın 8-dək uzadıb və məhdudiyyətlərə məruz qalan şəxslərin və təşkilatların siyahısını dəqiqləşdirib. AB-yə daxil olmayan 11 dövlət, o cümlədən Ermənistan və Azərbaycan AB Şurasının Avropa Maqnitski Siyahısını – Brüsselin insan hüquqlarının ciddi şəkildə pozulması ittihamı ilə tətbiq etdiyi məhdudiyyətləri daha bir il uzatmaq qərarına qoşulub.

Teqlər: