Avropa Birliyinin (AB) Ermənistan-Azərbaycan sərhədindəki missiyası Bakının razılığı olmadan göndərilərsə, səmərəli olmayacaq.
AzerTimes xəbər verir ki, bunu brifinqdə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov Azərbaycan-Ermənistan sərhədinə KTMT missiyası göndərməyə hazır olduqlarını təsdiqləyib, lakin Ermənistan tərəfin AB ilə razılaşmağa üstünlük verdiyini qeyd edib:
“Bu missiya rəsmi Bakının razılığı olmadan göndərilərsə, sərhəddə vəziyyəti möhkəmləndirmək əvəzinə, əks təsir göstərə bilər”.