Bakının milli mövqeyi hörmətə layiqdir – Kosaçev

Bakının milli mövqeyi hörmətə layiqdir – Kosaçev

Müasir tarixinin son üç onilliyi ərzində Azərbaycan ardıcıl olaraq öz dövlətçiliyini qurub, milli maraqlarının aydın dərk edilməsinə əsaslanan siyasət yürüdüb. Mənim nöqteyi-nəzərimə görə, Azərbaycan bu vəzifəni parlaq şəkildə yerinə yetirir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev Azərbaycan Prezidenti İlham Əliyevlə Bakı görüşünün yekunlarını şərh edərkən deyib.

“Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlıq ani deyil, bu, dövlətlərarası əməkdaşlığın uzunmüddətli layihəsidir. Azərbaycan heç bir hərbi bloka qoşulmayıb, dörd ildir ki, Qoşulmama Hərəkatının lideridir və sədrliyi dövründə bu ikinci ən böyük beynəlxalq təşkilata yeni nəfəs verib, Azərbaycan Respublikasına və şəxsən Prezident Əliyevə yalnız təriflər düşür. Bu, şübhəsiz ki, nailiyyətdir”, – o bildirib.

Kosaçevin sözlərinə görə, Azərbaycanın nə vasitəçilərə, nə də hərbi müttəfiqlərə ehtiyacı var:

“Bu, hörmət tələb edən normal mövqedir. Bu məsələdə Moskva ilə Bakının mövqeləri tamamilə üst-üstə düşür. Bunu digər Cənubi Qafqaz ölkələrinin dərk etməsi qalır – Gürcüstan və təəssüf ki, Qərblə yanlış yaxınlaşma istiqamətində sürüklənən Ermənistan”.

Teqlər: