Bakının mərkəzindəki bu müəssisələr Səngəçala köçürüləcək

Bakının mərkəzindəki bu müəssisələr Səngəçala köçürüləcək

Ətraf mühit baxımından zərərli olan mövcud neft-kimya məhsullarının istehsalı müəssisələrinin (təqribən 510 ha) Bakının mərkəzindən kənara köçürülməsi və müvafiq şəkildə zonalaşdırılması təklif edilir.

AzerTimes xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd olunub ki, Səngəçal və Ələt ağır sənaye sahələrinin yerləşdirilməsi üçün əlverişlidir. Belə ki:

– burada neft və neft-kimya məhsulları terminalı kimi müəssisələr fəaliyyət göstərir;

– burada neft-kimya və neft məhsulları (dövlət ehtiyatları daxil olmaqla), mayeləşdirilmiş qaz, həmçinin partlayıcı maddələr və zəhərli məhsullar üçün anbarlar mövcuddur;

– ərazidə yüksək səs-küy olan maşınqayırma və metallurgiya müəssisələri fəaliyyət göstərir;

– ərazidə tikinti materiallarının (məsələn, sement zavodları) istehsalı müəssisələri fəaliyyət göstərir.

Teqlər: