Bakının mərkəzində iki dost bıçaqlandı

Bakının mərkəzində iki dost bıçaqlandı

Bakının Nəsimi rayonunda iki dost bıçaqlanıb.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, Nizami kinoteatrının qarşısında dava zamanı 2003-cü il təvəllüdlü Qasımov Kənan Raci oğlu və 2006-cı il təvəllüdlü Orucov Səid Eldar oğlu bıçaqlanıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı K. Qasımova sol bud, S.Orucova isə sağ sağrı nahiyəsindən kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Teqlər: