Xəbər - Humay Ağacanova -Trend:
Bakı şəhərində Köhnə Sovetski məhələsində, Abdulla Şaiq, Nəriman Nərimanov və Mirzə Ağa Əliyev küçələrində yerləşən Mərkəzi Park digər parklardan ərazisinin böyüklüyü və yaşıllıq sahəsi ilə seçilir.
AzerTimes-ın məlumatına görə, burada bütün yaş qruplarından olan insanlar üçün 7 istirahət və oyun meydançası, şahmat, nərd və idman qurğuları, futbol meydançası yerləşir. Parkın birinci hissəsinin açılışı 22 may 2019-cu il tarixində gerçəkləşib.
Ümumi olaraq 20 hektar əraziyə sahib parkın 14 hektarında yaşıllıq salınıb.
Park Avstriya memarı Yans Hoffman tərəfindən layihələndirilmişdir.
AzerTimes-ın fotoqrafı Zaur Mustafayevin Mərkəzi Parkdan lentə aldığı görüntüləri təqdim edirik: