Bakının kanalizasiya dərdinin əlacı: 10 milyard lazımdır

Bakının kanalizasiya dərdinin əlacı: 10 milyard lazımdır

Bu gün biz də istərdik ki, hər bir küçəyə kanalizasiya xətti çəkilsin. Amma layihə təsdiqlənmədiyi üçün vəsait ayrılmadığından hazırda əlimizdən heç nə gəlmir.

Bu sözləri AzerTimes-a açıqlamasında Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılov bir çox ərazilərdə kanalizasiya xətlərinin olmaması ilə bağlı danışarkən deyib.

O bildirib ki, ”Master plan” hazırlamışıq, baxılıb və müzakirə olunub:

“Orada göstərilib ki, təkcə Abşeron yarımadasında səkkiz min kilometr su, yeddi min kilometr kanalizasiya xətti çəkilməlidir.

Bunlar o qədər böyük işlərdir ki, bura bir ilə milyardlarla vəsait ayırmaq mümkün deyil. Hazırda 11 qəsəbədə iş gedir. Qeyd etdiyim “Master plan”ın dəyəri on milyarddan çoxdur. Su və kanalizasiya xətlərinin çəkilməsi mərhələli şəkildə icra olunacaq”, – A.Cəbrayılov deyib.

Teqlər: