Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində Bakının işğaldan azad olunmasının 103-cü ildönümünü ilə bağlı silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, keçirilən tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri ifa olunub.
Hərbi qulluqçuların iştirakı ilə Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub, abidələrin qarşısına əklil və gül dəstələri qoyulub.
Çıxış edənlər xalqlarımızın sarsılmaz birliyindən iftixarla danışıb, 103 il öncə Azərbaycan və türk əsgərlərinin Bakını işğaldan azad edərək Azərbaycan tarixinə şanlı səhifə yazdığından söhbət açıblar.
Hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilib.