Bakının imtina etdiyi bayramı kimlər qeyd edir?

Bakının imtina etdiyi bayramı kimlər qeyd edir?

Bu gün dünyanın əksər ölkələrində zəhmətkeşlərin bayramı kimi qeyd olunur.

AzerTimes xəbər verir ki, bir zamanlar Dünya Zəhmətkeşlərinin Həmrəyliyi Günü kimi qeyd olunan bu bayram indi müxtəlif ölkələrdə müxtəlif adlarla keçirilir.

Uzun müddət Sovet İttifaqının tərkibində bu bayramı qeyd edən Azərbaycanda 1992-ci ildən 1 May qeyd edilmir.

SSRİ-nin dağılmasına baxmayaraq, bir çox postsovet respublikasrı 1 Mayı təqvimdə bayram kimi saxlayıb. Məsələn, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Latviya, Litva, Estoniya, Moldova, Ukrayna və Tacikistan 1 Mayı qeyd edir.

Ümumilikdə isə 1 May bayramını ABŞ, Çin də daxil olmaqla, dünyanın 142 ölkəsi rəsmi və ya qeyri-rəsmi şəkildə qeyd edir.

Teqlər: