Xəbər - Samir Əli – Trend:
Bakıda yağışlı hava şəraiti ilə bağlı əsas yollarda sürət həddi endirilib.
Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.