Azərbaycanın İrəvanın təklif etdiyi prinsiplər əsasında Ermənistanla sülh müqaviləsi bağlamağa razı olub-olmadığı hələlik bəlli deyil.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Azərbaycan Ermənistanın ərazi bütövlüyündən danışarkən bunun nə demək olduğunu dəqiqləşdirməlidir”, – Paşinyan bildirib.