Bakının Nizami rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə AzerTimes-a “Azərsu” ASC-dən bildirilib.
Magistral su kəməri üzərindəki siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar 14 avqust 2022-cil tarixində gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.