Bakı şəhərinin Xətai rayonunda dünəndən etibarən istiliyin verilməsi dayandırılıb.
Məsələ ilə bağlı AzerTimes-ın sorğusuna cavab olaraq Azəristiliktəchizat ASC-nin mətbuat xidmətindən bildirilib ki, istiliyin verilməsində fasilə magistral xəttə olan axıntıdan qaynaqlanır.
“Hazırda təmir işləri aparılır. Təmirin nə vaxt bitəcəyi məlum deyil”, – mətbuat xidmətindən qeyd edilib.