Bakının iki rayonunda içməli suyun verilişi müvəqqəti dayandırılacaq.
“Azərsu” ASC-dən AzerTimes-a verilən məlumata görə, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar 25 noyabr 2021-ci il tarixində gün ərzində Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.