Sentyabrın 25-də axşam saatlarından başlayaraq və sentyabrın 26-da gün ərzində Bakının Suraxanı rayonunun Zığ qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə AzerTimes-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verib.
Qeyd olunur ki, içməli suyun verilməsində fasilənin yaranması su kəmərində təmir-bərpa işlərinin aparılması ilə bağlıdır.