Bakının bu qərarını alqışlayırıq – Karasin

Bakının bu qərarını alqışlayırıq – Karasin

Rusiya Azərbaycanın BRİKS-ə qoşulmaq qərarını alqışlayır.

AzerTimes xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib.

“Dost Azərbaycanımızın BRİKS-in işində tamhüquqlu üzv kimi iştirak etmək istəyini alqışlayırıq. Bunun baş verməsinə kömək etməyə davam edəcəyik, lakin yeni BRİKS üzvlərinin qəbulu üçün aydın mexanizm hələ hazırlanmayıb. Düşünürəm ki, bu, yaxın illərdə həyata keçiriləcək”, – o bildirib.

Qeyd edək ki, Azərbaycan BRİKS-ə daxil olmaq üçün rəsmi müraciət edib.

Teqlər: