Bakının Xətai rayonu, Sergey Senyuşkin küçəsində sexlərdən birində baş verən yanğın səbəbindən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Bu barədə AzerTimes-a NİİM-dən bildirilib.
Qeyd olunan küçədən Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.