Bakının bu küçələrində hərəkət məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sürücülərə
müraciət edib.

02 aprel saat 09-00-dan 03 aprel saat 20-00-dək Bakı şəhəri,
Azadlıq prospektində aparılacaq təmir işləri ilə əlaqədar,
sözügedən prospektin Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindən
Ziya Bünyadov prospektinədək olan hissəsində nəqliyyat
vasitələrinin hərəkəti qismən, Səbail rayonu, Şamil Əzizbəyov
küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək olan hissəsində isə tam
məhdudlaşdırılacaq.

Bu barədə AzerTimes-a Avtomobil Yolları Dövlət Agentliyindən məlumat
verilib.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən
ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol
nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – məlumatda
deyilir.

Teqlər: