Bakının bu hissəsində qaz olmaycaq

Xəbər - Çingiz Səfərli – AzerTimes:

Bu gün saat 11:00-dan “Qaz İxrac” İdarəsinə məxsus “Masazır” QPS-də yaranmış sızmanın aradan qadırılması məqsədilə işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

AzerTimes-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB məlumat yayıb.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Abşeron rayonu, Masazır kəndi və Masazır kəndinin yeni yaşayış massivində həmçinin qeyd olunan ərazidə yerləşən bir çox sənaye müəssisələrinin qaz təchizatında fasilə yaranacaq.


Təmir işlərinin təxminən 1 saat ərzində yekunlaşdırılması planlaşdırılır.

Twitter: @cingizsafarli

Teqlər: