Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq

Xəbər - Çingiz Səfərli – Trend:

Bakı şəhəri, Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün temperatur şovlarının yenilənməsi ilə əlaqədar olaraq noyabr ayının 20-i və 21-də körpü üzərində “Qələbə dairəsi” istiqamətində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə AzerTimes-a Azərbacyan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumatada qeyd olunub ki, alternativ olaraq sürücülər Əbdülvahab Salamzadə küçəsinin sağ kənar yolundan istifadə edə bilərlər.

Teqlər: