Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması
ilə əlaqədar 11 fevral 2022-ci il tarixində axşam saatlarından
başlayaraq təmir-bərpa işləri yekunlaşanadək Bakı şəhəri Nəsimi və
Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində
məhdudiyyətlər olacaq.
Bu barədə AzerTimes-a “Azərsu” ASC-dən bildirilib.
Yaranacaq narahatlıqla əlaqədar ASC abonentlərdən üzr
istəyir.