Yasamal rayonu Alatava 1 yaşayış massivindəki bəzi həyət evləri söküləcək.
AzerTimes xəbər verir ki, Əbdülvahab Salamazadə və Şəfaət Mehdiyev küçələri arasındakı ərazidə yerləşən evlərin yerində isə hündürmərtəbəli binalar inşa olunacaq.
Dar küçələri olan və bir-birinə yaxın tikilmiş evlərin gələn il söküləcəyi planlaşdırılır.
Yasamal rayonu İcra Hakimiyyətindən Real TV-yə bildirilib ki, Alatava və İnşaatçılar metrosu ətrafındakı həyət evlərinin sökülərək yeni binaların tikilməsi ilə bağlı məsələ gündəmdədir.