Bakının bu ərazisində evlər sökülür – Video

Bakının bu ərazisində evlər sökülür – Video

Bakının Yasamal rayonu, Alatava-1 adlanan ərazisində yaşayan bəzi sakinlər onların xəbəri olmadan evlərinin söküldüyünü iddia edirlər.

AzerTimes Xəzərxəbər.az-a istinadla xəbər verir ki, vətəndaşlar onlara məlumat verilmədən evlərinin söküldüyünü iddia edirlər.

Bəzi sakinlər ilə razılaşma olub, evləri sökülüb. Ancaq sakinlər deyirlər ki, digər mənzillərin sahibləri də ərazini tərk etsin deyə tikinti şirkəti müxtəlif yollara əl atır.

Şirkətin hüquqşünası Cabbar Həsənov bildirib ki, bina üçün nəzərdə tutulan yerlərdə olan evlərin sahibləri ilə razılaşma olduqdan sonra söküntü işləri aparılıb.

Onun sözlərinə görə, şirkət ilə razılıq əldə olunmadığı halda vətəndaş dəymiş ziyanla bağlı müvafiq qurumlara və məhkəməyə müraciət edə bilər.

Teqlər: